12 Noyabr 2022 15:35
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Rusiya ilə nüvə silahlarına nəzarət üzrə danışıqları bərpa edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Foreign Policy” yazır.

Danışıqların yaxın vaxtlarda Misirin paytaxtı Qahirədə baş tutacağı gözlənilir. Bu barədə nəşrə ABŞ-ın hazırkı və keçmiş rəsmiləri məlumat verib.

Nəşr bunun ABŞ-ın Ukraynaya hərbi yardımı fonunda dayandırılmış danışıqların bərpasına işçi qrupları səviyyəsində cəhd olduğunu bildirir.

“ABŞ və Rusiya mühüm məsələlər üzrə işçi səviyyədə diplomatik danışıqlar apara bilib-bilməyəcəyini yoxlayacaq”, - məlumatda deyilir.

Nəşrin iddiasına görə, danışıqlar həmçinin Co Bayden administrasiyasının bəzi xarici siyasət məsələlərində Rusiya Prezidenti Vladimir Putinlə əməkdaşlığa hazır olduğunu göstərir.

Mövcud Nüvə Silahlarının Azaldılması Müqaviləsi həm Vaşinqtonun, həm də Moskvanın arsenallarında olan qitələrarası mənzilli nüvə silahlarının sayını məhdudlaşdırır və hər bir tərəfə digərinin ərazisində yoxlamalar aparmağa imkan verir.

“Wall Street Journal” isə bundan əvvəl bildirib ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan müharibənin Ukrayna sərhədlərindən kənara çıxma riskini minimuma endirmək üçün rusiyalı həmkarı ilə gizli əlaqə saxlayıb və Rusiyaya nüvə silahından istifadə etməməsi barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər