“Taxıl sazişi”nin uzadılması məsələsi hələ də həllini tapmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib. .
O bildirib ki, Qara dəniz üzrə taxıl təşəbbüsü Rusiya ilə BMT Katibliyi arasında razılaşmadan fərqli olaraq 120 gün müddətinə bağlanıb:
“Bu 120 gün noyabrın 18-də başa çatır. Qərar qəbul edərkən biz bütün halları nəzərə almalıyıq. Hər şeydən əvvəl, bu, iki yolun bir-birinə bağlılığıdır. Paketdən yalnız birini çıxara bilmərik, qalanları ilə heç nə edə bilmərik, bu çox vacibdir”.