14 Noyabr 2022 10:14
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail İran və Rusiya hərbçilərinin istifadə etdiyi Suriyanın böyük Şayrat aviabazasına raket zərbəsi endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb.

Aerodroma hücum nəticəsində 2 əsgərin öldüyü, üçünün yaralandığı bildirilir. Hərbi mənbələr hücuma məruz qalan aviabazadan bir müddət əvvəl İran hərbçiləri tərəfindən istifadə olunduğunu iddia edirlər.

Agentliyin ictimaiyyətə açıqlama vermək səlahiyyəti olmayan hərbi mənbələrindən biri bildirib ki, zərbələr Homs şəhərinin cənub-şərqində yerləşən aviabazadakı hava zolağına endirilib.

Təhlükəsizlik qüvvələri Suriyada hərbi mövcudluğunu saxlayan Rusiyanın Şayrat aviabazasının yaxınlığında qoşun yerləşdirdiyi və bu obyektdən istifadə etdiyini söyləyirlər.

Suriya İnsan Haqları Mərkəzi (SOHR) İsrail qırıcılarından hədəfə dörd raket atıldığını iddia edib.

Qeyd edək ki, hərbi donanma üçün Moskva Tartusdakı Hərbi Dəniz Qüvvələri bazasından, VKS-nin bazası üçün - Latakiya qəsəbəsi yaxınlığındakı Xmeymim aerodromundan istifadə edir. Bundan əlavə, Rusiya Homs əyalətindəki Şayrat, Palmiradakı Tias aerodromlarından istifadə edir, həmçinin Qamışlı aerodromunda baza yerləşdirib.

2018-ci ildə Suriyanın Homsdakı Şayrat hərbi hava bazası raket atəşinə tutulub. Bundan sonra Pentaqon ABŞ-ın bu bölgədə hərbi əməliyyatlar aparmaması ilə bağlı bəyanat yayıb.

Suriya hərbçiləri bildiriblər ki, raket hücumunun arxasında İsrail dayanır, çünki hərbi təyyarələr Livandan Suriya hava məkanına daxil olub.


Müəllif: Nemət

Oxşar xəbərlər