14 Noyabr 2022 10:42
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-16-da İndoneziyanın ev sahibliyi edəcəyi G-20 sammitində iştirak etmək üçün Bali adasına gəlib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri səfəri çərçivəsində İndoneziya Prezidenti Coko Vidodo ilə ikitərəfli görüş keçirəcək.

“Böyük İyirmi”lərin sammitində “Ərzaq və Enerji Təhlükəsizliyi”, “Səhiyyə” və “Rəqəmsal Transformasiya” adlı üç tədbirdə fikir mübadiləsi aparılacaq.

Prezident Ərdoğan sammit çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşlər keçirəcək.

Səfər zamanı Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, xəzinə və maliyyə naziri Nurəddin Nəbati, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi müşayiət edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər