ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Koel Reybörn İstanbulda baş verən terror aktı ilə bağlı diqqətçəkən açıqlama verib.
Teleqraf.com xəbər verir ki, diplomat ABŞ hökumətini PKK terror təşkilatının Türkiyəyə qarşı fəaliyyətini görməzdən gəlməkdə ittiham edib.
“Türkiyə-PKK konflikti prioritetlər siyahısında olmalıdır. Bayden administrasiyası bu böhran yenidən baş verməzdən əvvəl onunla məşğul olmaq üçün dərhal öz nümayəndələrini göndərməlidir. Vaşinqton həmişə bu konflikti görməzdən gəlib, bu yanaşmanı davam etdirmək mümkün deyil”, - Reybörn bildirib.
Amerikalı diplomat Türkiyənin əvəzolunmaz NATO müttəfiqi olduğunu vurğulayıb:
“Ukrayna və digər böhranlarla bağlı Türkiyə ilə əməkdaşlığımız vacibdir. Türkiyə-PKK məsələsi həll olunmasa, ABŞ-ın maraqları risk altına düşəcək”.