ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, müvafiq sənəd çərşənbə günü ABŞ Federal Seçki Komissiyasının saytında yerləşdirilib
D.Tramp Respublikaçılar Partiyasının namizədidir. O, 2024-cü ildə keçiriləcək seçkilər üçün namizədliyini təsdiqləmiş ilk namizəddir.
Yaxın zamanda D.Tramp müraciətlə çıxış edəcək və namizədliyini təsdiq edəcək.