“Terror təşkilatına dəstək verənlər tökülən hər qanda ortaqdır”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“İstanbulda baş verən terror aktı ilə əlaqədar başsağlığı və şəfa diləklərini çatdıran bütün dostlarımıza təşəkkür edirəm. Bu, alçaq hücum terrorun qanlı və çirkin üzünü bir daha göstərdi. Terror təşkilatına dəstək verənlər tökülən hər qanda ortaqdır. Terrorçular kimin arxasında gizlənsələr də, onları gözləyən aqibətdən qaça bilməyəcəklər”, - Türkiyə lideri bildirib.