16 Noyabr 2022 17:52
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə müxalifətdə olan İyi partiyanın sədri Maral Akşənərin baş müşaviri Murad Çuxadar partiyası ilə siyasi fikir ayrılıqları səbəbindən istefa verdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, istefa verdikdən sonra “Türkiyənin Əsri” platformasını elan edərək, Prezident Rəcəb Tayyib Ərdoğana dəstək verdiyini açıqlayıb.

Ölkə daxilində on minlərlə üzvü olan “Həyata Toxunanlar” platformasının da rəhbəri olan Çuxadar 2023-cü il seçkilərində “Türkiyənin Əsr” platforması ilə ölkə şəhərlərini gəzərək, hakim Ədalət və İnkişaf Partiyasına və Ərdoğana dəstək kampaniyasına başlayacaq.

İllərdir mediada aktiv olan Çuxadarın bu qərarı AKP seçiciləri tərəfindən sevinclə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər