17 Noyabr 2022 16:30
2 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan xarici işlər naziri Nikos Dendiasın Liviyanın paytaxtı Tripolidə təyyarədən enməkdən imtinası və heç bir izahat vermədən hava limanını tərk etməsi iki ölkə arasında gərginliyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, mövzu ilə bağlı Liviya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Yunanıstan Xarici İşlər Nazirinin son günlər Liviya dövlətinin maraqlarına zidd olaraq qəbul etdiyi vulqar siyasət və mövqelərə, Liviyanın suverenliyi və xalqının istəkləri ilə bağlı balanssız bəyanatlarına baxmayaraq, Liviya Xarici İşlər Nazirliyi onlara noyabrın 17-də Tripoliyə səfər etməyə icazə verib”, - açıqlamada deyilir.

Bəyanatda aşağıdakı ifadələr yer alıb:

“Beynəlxalq diplomatik prosedurlara görə, Liviya xarici işlər naziri gözləsə də, Yunanıstan xarici işlər naziri heç bir izahat vermədən təyyarədən enməkdən imtina edərək gəldiyi kimi geri qayıdıb. Yunan nazirin bu davranışından təəssüflənirik. Xarici İşlər Nazirliyi Liviya dövlətinin nüfuzunu və suverenliyini qorumaq üçün müvafiq diplomatik tədbirlər görəcək”.

Olayın ardından Yunanıstanın bu ölkədəki səfiri Liviya Xarici İşlər Nazirliyinə çağırılıb. Liviya hökumətinin etiraz notası səfirə təqdim edilib.

Dendiasın bu gün Tripolidə Liviya Prezident Şurasının sədri Məhəmməd Mənfi ilə görüşəcəyi, daha sonra Tobrukdakı Nümayəndələr Palatasının sədri Aqilə Salehlə Binqazidə bir araya gələcəyi gözlənilirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər