Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev seçkisonrası bəyanatında bildirib.
Tokayev ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını söyləyib, hər kəsi birliyə səsləyib.
Onun sözlərinə görə, bütün bu məqsədləri həyata keçirmək üçün birlik lazımdır.