23 Noyabr 2022 22:30
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Şimali Koreyanın son qitələrarası ballistik raket sınaqlarına görə BMT-də qınanılmasına səy göstərərkən, bu ölkənin lideri Kim Çen Inın bacısı Kim Yo-çondan sərt açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, ölkənin ikinci şəxsi sayılan Kim Yo-çon BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ nümayəndəsi Linda Tomas-Qrinfildin Pxenyanın qadağan olunmuş raket sınaqlarını pisləyən bəyanatla çıxış etmək təklifinə reaksiya verib.

“Birləşmiş Ştatlar yadında saxlamalıdır ki, Şimali Koreyanı tərksilah etməyə nə qədər cəhd etsə də, heç vaxt ölkəmizi özünümüdafiə hüququndan məhrum edə bilməyəcək və Şimali Koreyaya qarşı nə qədər digər cəhdlərə əl atsa, bir o qədər ölümcül təhlükəsizlik böhranı ilə üz-üzə qalacaq”, - Koreya liderinin bacısı söyləyib.

Kim Yo-çon ABŞ-ı “qorxudan hürən köpək” adlandırıb.

BMT Təhlükəsizlik Şurasının iclasından sonra ABŞ nümayəndəsi 14 ölkənin dəstəklədiyi və Şimali Koreyanın silah proqramlarında irəliləyişini məhdudlaşdırmaq məqsədi daşıyan addımlarla bağlı bəyanat verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər