Suriyanın Hasəkə əyalətinin Əl-Şəddad bölgəsində yerləşən ABŞ hərbi bazası yaxınlığında partlayışlar baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Hərbi obyektin yaxınlığına dörd raket düşüb. Mərmilərin haradan atıldığı barədə məlumat verilmir.
Olay vaxtı səmada pilotsuz uçan aparatların (PUA) görüldüyü bildirilib.
Amerika hərbi bazasının komandanlığı hələlik məsələ ilə əlaqədar açıqlama verilməyib.
Qeyd edək ki, Suriyadakı Amerika hərbi bazaları bundan əvvəl il ərzində bir neçə dəfə İran tərəfindən dəstəklənən terror təşkilatlarının hücumuna məruz qalıb.