Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün Kaliforniya ştatının Qarden-Qrouv şəhərində xilasedicilər naməlum kişinin meyitini su kanalında aşkar ediblər
Bundan əvvəl Oreqon ştatı və Portlend şəhərində təbii fəlakət nəticəsində 2 nəfər ölmüşdü.
Dekabrın 11-dən ABŞ-ın qərb sahillərində tüğyan edən qasırğa özü ilə güclü külək, leysan yağış və qar gətirib. Bölgədə 200 aviareys ləğv edilib, bu gün isə 150 mindən çox amerikalı elektrik enerjisiz qalıb.