3 Dekabr 2022 14:51
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Ukrayna torpaqlarında daha 510 rus hərbçisi həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir.

Məlumata görə, fevralın 24-dən dekabrın 3-dək rusların ümumi döyüş itkiləri təxminən 90,6 min nəfər təşkil edir.

Rus ordusu bu savaşda 2917 tank (son sutka ərzində +1), 5886 zirehli döyüş maşını (+3), 1906 artilleriya sistemi (+1), 263 helikopteri (+1), 1572 əməliyyat-taktiki PUA (+8), 4472 ədəd avtomobil avadanlığı və yük maşınları itirib.

Tam miqyaslı işğalın əvvəlindən Rusiya həmçinin 395 MLRS bölməsi, 210 hava hücumundan müdafiə sistemi, 280 təyyarə, 531 qanadlı raket, 16 gəmi/qayıq, 163 ədəd xüsusi texnika itirib.


Müəllif: Nemət