14 Dekabr 2014 02:41
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ paytaxtı Vaşinqtonda minlərlə insan dünən silahlsız qaradərili vətəndaşların polis tərəfindən öldürülməsinə etiraz olaraq yürüş keçirib. Yürüş iştirakçıları hüquq-mühafizə orqanlarında islahatlar aparılmasına çağırıb.

Teleqraf.com-un "Amerikanın səsi"nə istinadən məlumatına görə, polis tərəfindən öldürülmüş Maykl Braun, Erik Qarner, Tamir Rays və Treyvon Martinin ailə üzvləri və qohumları “Hamı üçün Ədalət” şüarı altında keçirilən yürüşdə iştirak edib. Nümayişçilər onların irqi ədalətsizliyin qurbanı olduğunu deyir.

ABŞ Konqresinin binası yaxınlığında keçirilən yürüş Birləşmiş Ştatların bir çox yerlərində Ferquson Aksiyası qrupu tərəfindən planlaşdırılmış tədbirlərdən biridir.

Keçən ay geniş tərkibli münsiflər məhkəməsinin Mussiri ştatının Ferquson şəhərində avqust ayında 18 yaşlı Maykl Braunu güllə ilə vurub öldürmüş polis zabitinə qarşı ittiham irəli sürməmək haqda qərar çıxarmasından sonra Birləşmiş Ştatların müxtəlif yerlərində etiraz nümayişləri keçirilmişdi.

Nümayişlər Nyu-York şəhər münsiflər məhkəməsinin iyul ayında Erik Qarneri öldürmüş polis zabitlərinə qarşı ittiham irəli sürülməməsi haqda qərarından sonra yenidən vüsət almışdı

Paytaxt Vaşinqtonda keçirilən yürüş vətəndaş hüquqları müdafiəçisi El Şarpton tərəfindən təşkil edilib.


Müəllif:

Oxşar xəbərlər