7 Dekabr 2022 12:50
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox NATO üzvləri Ukraynanın alyansa qoşulması məsələsindən yayınmağa çalışırlar, çünki bu, partlayış yaradan addım ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu “Politico”nun köşə yazarı Lili Bayer deyib.

Onun sözlərinə görə, bu, o qədər “partlayıcı məsələ”dir ki, bir çox NATO üzvləri bunu müzakirə etməyə belə cəhd göstərmirlər. Bayer qeyd edib ki, Ukrayna sentyabrda sürətləndirilmiş qəbul prosesinə başlamaq üçün müraciət etdikdə, alyans konkret cavab vermədi və keçən həftə NATO xarici işlər nazirləri sadəcə 2008-ci ildə verdikləri vədi - nə vaxtsa bu ölkəni qəbul edəcəklərini xatırladılar.

Bayerin fikrincə, Ukraynanın NATO-ya qəbulu ilə bağlı əsas mübahisə hökumətləri bu mövzudan yayınmağa çalışan Almaniya və Fransa ilə üzvlük məsələsində Kiyevə kömək etmək istəyən bəzi Mərkəzi və Şərqi Avropa dövlətləri arasındadır.

“Ukrayna hakimiyyəti Şimali Atlantika Alyansının bu problemi həll etməkdən uzaqlaşmaq istəyindən narazıdır”, - Bayer deyib.

Ukraynalı diplomatlar bütün səviyyələrdə Prezident Vladimir Zelenskinin tapşırığı ilə alyansa qoşulmaq üçün NATO üzvü olan ölkələrlə danışıqlar aparır.

Sentyabrda Ukrayna təşkilata sürətli şəkildə daxil olmaq üçün müraciət edib. NATO baş katibi Yens Stoltenberq bunun dərhal baş verməsinin mümkünsüzlüyünü açıqlayıb və qeyd edib ki, Ukraynanın üzvlüyü ilə bağlı qərar konsensus əsasında qəbul edilməlidir.

Rusiya Ukraynanın NATO-ya üzv olmaq cəhdi ətrafında vəziyyəti diqqətlə izlədiyini və onun bu istəyinin “xüsusi hərbi əməliyyat”ın keçirilməsinin “səbəblər”indən biri olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər