8 Dekabr 2022 08:29
324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Ukraynaya 20 “Dinqo” zirehli transportyoru və 2 ağır yükdaşıyıcı “M1070 Oshkosh” yarımqoşqu göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

"Almaniya Ukraynaya Bundesverin ehtiyatlarında olan avadanlıq və silahlarla, o cümlədən federal hökumət tərəfindən maliyyələşdirilən sənaye ləvazimatları ilə dəstək verir”, - məlumatda qeyd edilib.

Bildirilib ki, Ukrayna Almaniyadan ümumilikdə 50 “Dinqo” zirehli transportyoru və 12 ağır yükdaşıyıcı “M1070 Oshkosh” yarımqoşqusu alıb.


Müəllif: Teleqraf.com