9 Dekabr 2022 09:48
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibə başlayandan sonra Rusiyaya qarşı sanksiyalara baxmayaraq, Fransanın bu ölkədən 2021-ci ilə nisbətən 3 dəfə çox uran aldığı üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Canard Enchaine” qəzeti məlumat yayıb.

Fransanın əsas enerji təminatçısı olan EDF şirkətinin gömrük sənədlərinə görə, ölkə bu ilin doqquz ayında Rusiyadan 345 milyon avro dəyərində - 290 ton uran alıb. Bu, Fransanın uran ehtiyatlarının təqribən 30 faizinə bərabərdir və 2021-ci ildə Rusiyadan alınan urandan təxminən üç dəfə çoxdur. Məlumatda qeyd edilib ki, 56 nüvə reaktorundan 24-ü təmirdə olan Fransa enerji böhranı zamanı nüvə stansiyalarından elektrik enerjisi istehsalı üçün uranı Rusiyadan idxal edib.

Avropa ölkələrinin Rusiyanı hədəfə alan embarqolarına baxmayaraq, Fransanın bu ölkədən uran almasının səbəbi pərdə arxasında rus uranının daha ucuz tədarükü kimi göstərilir.

Fransanın uran idxalında 43 faiz paya malik Qazaxıstandan aldığı uran zənginləşdirmə prosesləri üçün də Rusiyadan keçməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər