9 Dekabr 2022 22:56
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arton Capital”ın yeni Pasport İndeksi reytinqində 2022-ci ilin ən güclü pasportları açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, siyahıda 1 nömrəli ölkə diqqət çəkib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniya, İsveç, Finlandiya və Lüksemburq kimi Avropa ölkələrini keçərək 2022-ci ildə Pasport İndeksində 1-ci yerdə qərarlaşıb. Başqa sözlə, BƏƏ pasportunuz varsa, hava limanında tez bir zamanda qapıda viza alaraq bir çox ölkəyə daxil ola bilərsiniz, həmçinin bir çox ölkələrə vizasız girə bilərsiniz.

BƏƏ pasportu sahibləri 121 ölkəyə vizasız, 59 ölkəyə isə qapıda viza alaraq asanlıqla daxil ola bilirlər. Yalnız 18 ölkə BƏƏ pasportu üçün viza tələb edir.

2-ci yeri Avropa ölkələri və Cənubi Koreya bölüşüb. Almaniya, İsveç, Finlandiya, Lüksemburq, İspaniya, Fransa, İtaliya, Hollanda, Avstriya, İsveçrə və Cənubi Koreyanın pasportuna sahib olanlar 173 ölkəyə problemsiz gedə bilirlər. Bu ölkələr 120-127 ölkəyə vizasız getdiyi halda, qapıda viza ilə 46-50 ölkəyə çata bilir. Yalnız 25 ölkə bu pasporta sahib olanlardan viza tələb edir.

3-cü yeri ABŞ, Danimarka, Belçika, Portuqaliya, Norveç, Polşa, İrlandiya və Yeni Zellandiya tutub. Bu ölkələrin hamısı 172 ölkəyə problemsiz daxil ola bilir.

Danimarka 125 ölkəyə vizasız, 47 ölkəyə isə qapıdan viza ilə daxil olur. Belçika və Portuqaliyada bu rəqəm 124 ölkəyə vizasız, 48 ölkəyə isə qapıda viza kimi dəyişir.

ABŞ pasportunda 116 ölkəyə vizasız daxil olarkən, 56 ölkəyə vizalar qapıda verilir.

İndeksə görə, Böyük Britaniya 2022-ci ilin “uduzanları” sırasındadır. Böyük Britaniyanın "qlobal mobillik" balı yüksəlsə də, ölkənin Brexit-dən sonrakı Avropa İttifaqına üzv dövlətlərlə viza müqavilələri bağlamaq səyləri bu artımı yavaşladıb.

4-cü yerə Çexiya, Yunanıstan, Macarıstan, Yaponiya, Birləşmiş Krallıq və Avstraliya çıxıb. 5-ci yerdə Sinqapur, Malta, Litva, Slovakiya, Kanada, 6-cı yerdə Estoniya, Latviya, Sloveniya, 7-ci yerdə İslandiya, Lixtensşteyn, 8-ci yerdə Kipr, Xorvatiya, Ruminiya, Bolqarıstan, 9-cu yerdə Malayziya, 10-cu yerdə Monako qərarlaşıb.

Baham adaları və Ukrayna siyahıda 20-ci yerdə olub.

Türkiyə və Rusiya siyahının 38-ci pilləsində qərarlaşıb. Rusiya 78 ölkəyə vizasız girə bildiyi halda, onlardan 45-i qapıda viza tələb edir. Xüsusən də müharibədən sonrakı sanksiyalara görə 75 ölkə rusları vizasız qəbul etmir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər