Almaniya Ali Federal Məhkəməsi dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham olunan 23 nəfərin həbsi barədə order verib.
Teleqraf.com xəbər verir ki, onlar arasında çevriliş cəhdinə hazırlıqlara dəstək göstərən Rusiya vətəndaşı da var.
Vitaliya B. adlı Rusiya vətəndaşı digər ifrat sağçı qruplaşma üzvləri ilə birlikdə ötən çərşənbə günü həbs olunub.
Rəsmi Berlin çevrilişə cəhdə hazırlıqla bağlı daha 2 Almaniya vətəndaşının İtaliya və Avstriyadan ekstradisiyasını müzakirə edir.