11 Dekabr 2022 23:25
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim raketlərimizi yaratmağa başlamağımız yunanları qorxudur. “Tayfun” deyirsən, indi Yunanıstan qorxur, “Afinanı vuracaq” deyir”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Samsun şəhərində keçirilən “Gənclik görüşü” tədbirində bildirib.

“Bir yerdə durmasan, ABŞ-dan adalar üçün nəsə almağa çalışsan, Türkiyə kimi bir ölkə, yəqin ki, görməzdən gəlməyəcək. ABŞ Suriyanın şimalına 4-5 min yük maşını silah və sursat göndərib. Bunu dəfələrlə deməyimə baxmayaraq, veclərinə almırlar. Elədirsə, öz göbəyimizi özümüz kəsəcəyik”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, Türkiyənin yerli istehsalı olan “Tayfun” 561 km mənzilli ballistik raketdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər