İtaliyanın paytaxtı Romada kafeyə silahlı basqın nəticəsində ölənlərdən biri baş nazir Giorgia Melonun dostudur.
Teleqraf.com xəbər verir ki, İtaliyanın paytaxtı Romada bir kafedə təşkil edilən silahlı hücumda 3 qadın ölüb, 4-ü yaralanıb.
İtaliyanın baş naziri Giorgia Meloni ölənlərdən birinin dost olduğunu açıqlayıb. Meloni sosial şəbəkədə yazıb:
“Nikoletta gözəl və xoşbəxt idi, onun belə ölməsi ədalətsizlikdir".
Hücum edən şəxsin əvvəllər rəsmi şəkildə silah ala bilmədiyi və hücumda istifadə etdiyi silahı polis bölməsindən oğurladığı bildirilib.