15 Dekabr 2022 01:43
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Türkmənistan qazının Azərbaycana çatdırılmasının dəstəkləməyin mümkün yollarını araşdırır".

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.

Onun sözlərinə görə, Azərbaycan regionda enerji təchizatının şaxələndirilməsində və təhlükəsizliyində mühüm rol oynayır.

"ABŞ Cənub Qaz Dəhlizini qəti şəkildə dəstəkləyir. Cənub Qaz Dəhlizi Avropaya enerji idxalının marşrutlarının və mənbələrinin şaxələndirilməsinə töhfə verir ki, bu da hazırda ABŞ-ın siyasətinin prioritetidir. ABŞ qeyri-Rusiya təbii qazının əlçatanlığını artırmaq üçün Türkmənistan qazının Azərbaycana çatdırılmasının dəstəkləməyin yollarını araşdırır", -deyə Donfrid bildirib.

O qeyd edib ki, iyul ayında AB Azərbaycan təbii qazının idxalını 2027-ci ilə qədər iki dəfə artıraraq ildə ən azı 20 milyard kubmetrə çatdırmaq barədə Azərbaycanla saziş imzalayıb:

"Bir sıra Avropa ölkələri Azərbaycan qazına daha geniş çıxışın təmin edilməsində maraqlı olduqlarını açıq şəkildə ifadə ediblər. Bakı-Tiflis-Ceyhan neft kəməri ABŞ və Azərbaycan arasında əməkdaşlığın və diversifikasiya üzrə Avropa diplomatiyasının ilk uğuru olub"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər