ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması ilə bağlı qətnamə layihəsi təqdim edilib.
Teleqraf.com xəbər verir ki, layihənin müəllifləri konqresmenlər Stiv Koen və Co Uilsondur.
“Ukrayna işğalı və əsassız müharibəsi fonunda Rusiyanın BMT Təhlükəsizlik Şurasında iştirakı BMT-nin məqsəd və prinsiplərini pozur”, - konqresmenlər bildiriblər.
Rusiyanın BMT TŞ-dən çıxarılması ilə bağlı ABŞ Nümayəndələr Palatasına təqdim edilən qətnamə layihəsində Rusiyanın “ardıcıl və qəsdən” BMT prinsiplərini pozduğu qeyd olunub.
Qanun layihəsində ABŞ Prezidenti Co Bayden də Rusiyanı şuradan çıxarmaq üçün bütün lazımi addımları atmağa çağırılıb.