15 Dekabr 2014 12:29
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ildir mühasirədə olan paytaxt Şamın Qərq Guta bölgəsində 216 adam aclıqdan ölüb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, ölənlərdən 150-si azyaşlıdır. Bununla bağlı Suriya Ümumi İnqilab Şurasından məlumat verilib. Yayılan bəyanata görə, hazırda 700 min insan epidemik xəstəliklər və aclıqla mübarizə aparır. Bildirilir ki, son iki ayda dərman ehtiyatlarının çatışmazlığı səbəbilə 11 uşaq həyatını itirib.

Həmçinin şura BMT və beynəlxalq cəmiyyəti bölgədəki vəziyyətə laqeyd qalamamağa çağırır.

Samir


Müəllif:

Oxşar xəbərlər