Rusiya ordusu bölgəni ələ keçirmək üçün Donetsk vilayətinin qərbindən hücuma keçə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri xəbərdarlıq edib.
Onlar xatırladıblar ki, Xerson vilayətindən olan rus hərbçiləri Donbassın müxtəlif bölgələrinə yerləşdirilib və səfərbər olunmuşlarla gücləndirilib.
Ekspertlər proqnozlaşdırırlar ki, rus qoşunları noyabrda Vuhledar və Pavlovka ətrafında əldə edilmiş cüzi nailiyyətlər əsasında Donetsk vilayətinin qərbindən hücuma keçməyi planlaşdıra bilər.
ISW-nin qeyd etdiyi kimi, Rusiya qüvvələri bütün Donetsk bölgəsini ələ keçirməyi planlaşdırır və potensial hücum əməliyyatı Donetsk və Baxmut yaxınlığında davam edən hücumları gücləndirə bilər.