“Kiminləsə görüşəndə heç kimdən icazə almıram”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan ABŞ-ın Suriya lider Bəşər Əsədin onunla mümkün görüşünə etirazına münasibəti barədə jurnalistin sualına belə cavab verib:
“Deməli, siz hələ də prezidentinizi tanımırsınız. Mən kiminlə, nə vaxt, necə görüşəcəyimi kiminsə icazəsi ilə müəyyən etmirəm. Qətərdə Misir prezidenti ilə görüşüm oldu. Heç kimdən icazə almamışdım.
Suriya ilə bağlı atacağımız addımlarda həlledici amil milli maraqlarımız olacaq. Suriyada təhlükəsiz bölgənin formalaşdırılması - terror təşkilatına qarşı görəcəyimiz tədbirlər sırasında atacağımız addımlardan biri də budur”.