16 Dekabr 2022 19:28
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda etirazçılar əhalini bank hesablarındakı pulları çıxarmağa çağırıblar.

Teleqraf.com xəbər verir ki, əhali sosial şəbəkələrdə “Bankdan pul çıxart, Xameneyinin biznesini çökdür” kampaniyasına start verib.

Çağırışdan sonra vətəndaşlar kütləvi şəkildə banklara qoyduqları müddətli əmanətlərini çıxarmağa başlayıblar.

Etirazçılar hesab edirlər ki, onlar bu yolla molla rejiminin nəzarətində olan bank sektoruna ciddi zərbə vuracaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər