Türkiyənin araşdırma şirkəti "Areda Survey" noyabrın 25-dən 30-dək 26 vilayətdə 2 min şəxs arasında keçirdiyi seçki sorğusunun nəticələrini açıqlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, sorğunun nəticələrinə əsasən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nüfuzu yüksələn xətlə davam edir, İYİ Partiyada isə eniş diqqət çəkir.
Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi reytinqi 49,9 faizə yüksələrək rəqiblərini geridə qoyub. Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 15,7 faiz səslə növbəti pillədə yer alır. Onun ardınca 15,3 faiz səslə CHP-nin Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş gəlir. Son günlər namizədliyi müzakirəyə çevrilən CHP-li, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu isə 4,5 faiz səs toplayıb.