Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin dəvəti ilə 2022-ci ildə keçirilən futbol üzrə dünya çempionatının bağlanış mərasimində iştirak etmək üçün Qətərin paytaxtı Dohaya səfər edib.
Teleqraf.com xəbər verir ki, göyərtəsində Türkiyə dövlət başçısının olduğu "TC-CAN" özəl təyyarəsi yerli vaxtla saat 13.30-da Atatürk Hava Limanından havaya qalxıb.
Türkiyə prezidentini vitse-prezident Fuat Oktay, İstanbul qubernatoru Əli Yerlikaya, Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan millət vəkili Osman Nuri Kabaktepe və digər səlahiyyətli şəxslər yola salıblar.
Ərdoğan Qətərdə Dünya Çempionatının bağlanış mərasimini izləyib.