19 Dekabr 2022 10:50
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putinlə Lukaşenkonun yeni görüşü Ukraynaya qarşı müharibənin yeni mərhələsi üçün informasiya şəraiti yaratmağa yönəlmiş səylərin bir hissəsidir”.

Teleqraf.com xəbər verir ki, Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri belə düşünür.

Qeyd olunur ki, xüsusilə, Putinin bu gün Belarusa planlaşdırılan səfəri və Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Minskə artıq başa çatmış səfəri Ukrayna dövlətinə qarşı yeni hücum əməliyyatlarından xəbər verə bilər.

ISW analitiklərinə görə, Ukrayna yaxın gələcəkdə yeni hücum əməliyyatları ilə hədələnir:

“Birlikdə götürsək, Putinin Rusiya komandanlığı ilə görüşü, Şoyqunun Belarusa səfəri və Kreml rəhbəri ilə Lukaşenkonun görüşü müharibənin konsepsiyası, planlaşdırılması və aparılmasında yeni mərhələnin olduğunu göstərir və yaxın aylarda Ukraynaya qarşı hücum əməliyyatlarının bərpasına hesablanır”.


Müəllif: Nemət

Oxşar xəbərlər