19 Dekabr 2022 12:58
4 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçika Xarici İşlər Nazirliyi öz vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olanları İranı tərk etməyə və bu ölkəyə lazımsız səfərlərdən çəkinməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, nazirlik İranda olan Belçika vətəndaşlarının əsassız ittihamlarla həbs riski ilə üzləşdiklərini bildirib.

“Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də şamil edilir”, - bəyanatda deyilir.

Həmçinin qeyd olunub ki, həbs olunacaqları təqdirdə hüquqlarının təmin edilməsi mümkün olmayacaq. Belçika XİN xəbərdarlıq edib ki, krallığın İrandakı səfirliyi konsulluq dəstəyi göstərmək üçün son dərəcə məhdud imkanlara malikdir.

Bundan əvvəl məlum olub ki, İranda fəaliyyət göstərən humanitar təşkilatlardan birinin belçikalı əməkdaşı Oliver Vandekasele molla rejiminin məhkəməsi tərəfindən 28 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər