“Birbaşa qarşıdurmada Rusiya üç günə NATO-ya məğlub olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı konqresmen Adam Kinzinger Tvitter hesabında yazıb.
Bir Tvitter istifadəçisi konqresmenə “Rusiya ordusu bu qədər zəifdirsə, niyə NATO indiyədək onu məhv etməyib” sualını ünvanlayıb.
Kinzingerin suala cavabı belə olub:
“Ümid edirəm ki, bu zarafatdır. NATO-nun Rusiyaya qarşı real güc tətbiq etməsi üç günlük əməliyyata bənzəyəcək”.