21 Dekabr 2022 15:45
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada döyüşən rus tank komandiri mübahisə etdiyi əsgərlərin nəzarət məntəqəsini partlatdı və belə hadisələr Rusiya ordusunda çox tez-tez baş verir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “New York Times” nəşrinə danışan rus əsgər Fidar Xubayev deyib.

Nəşr Ukraynadakı rus ordusunun son məğlubiyyətlər və ağır müharibə şəraiti ilə bağlı əhval-ruhiyyəsi barədə geniş reportaj yazıb. Xəbərlərdə mənəvi vəziyyəti sıfır vəziyyətdə olan rus əsgərlərinin bir-biri ilə toqquşması ilə bağlı ifadələr də diqqət çəkib.

Rusiyalı komandir Ukraynada döyüşən bir tank komandirinin digər əsgərlərlə mübahisə etdikdən sonra düşmən sıraları əvəzinə Rusiyaya məxsus keçid məntəqəsini partlatması hadisəsinin şahidi olduğunu bildirib.

Ukraynada döyüşən Rusiya ordusunda belə hadisələrin tez-tez baş verdiyini iddia edən Fidar Xubayev adlı əsgər Zaporojya şəhərində baş verən insidentdə komandirin tankı rus əsgərlərinin üzərinə sürdüyünü və nəzarət məntəqəsini partlatdığını bildirib.

Ukraynada dronların operatoru kimi çalışan, lakin bir müddət əvvəl ölkədən qaçan Xubayev iddia edib ki, bu cür hadisələr həmişə cəbhədə olub. Deyib ki, bu hadisənin baş verdiyi yay aylarında Rusiya cəbhəsində böyük böhranlar yaşanıb.

Ukraynaya təcavüzü tənqid edən təqaüdçü rus generalı Leonid İvaşov da qəzetə verdiyi açıqlamada Putinin dağılmış ordusunun silah və qida üçün bir-biri ilə toqquşduğunu əsas gətirərək qeyd edib ki, heç bir komanda mərkəzi, vahid fəaliyyət planı yoxdur və məğlubiyyət Rusiyanın taleyidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər