21 Dekabr 2022 15:51
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və müdafiə naziri Aleksiy Reznikova qarşı bir neçə sui-qəsdin qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bunu Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk deyib.

Qeyd edilib ki, SBU-nun rəhbəri Vasili Malyukun özü də rusların hədəflərindən biri olaraq qalır.

SBU-nun rəhbəri Vasili Malyuk bildirib ki, Rusiya xüsusi xidmət orqanları Budanov və Reznikova qarşı sui-qəsd cəhdlərinin icraçılarına test tapşırığı veriblər. Lakin SBU rus kəşfiyyatının planlarını pozub.

Xüsusi təyinatlılar yerinə yetirilmiş tapşırığı təqlid edərək düşmənə fotoreportaj göndərib və bunun müqabilində pul alıblar. Bundan sonra ruslar anlayıblar ki, onların “agentləri” işləyə, Budanov və Reznikovu aradan götürmək işinə başlamaq olar. Bu məqsədlə icraçı göndəriblər. Həmin agent avqust ayında həbs edilib.

“Belə hekayələr bir və ya iki deyil, ona qədərdir”, - Malyuk deyib.


Müəllif: Nemət

Oxşar xəbərlər