21 Dekabr 2022 20:36
2 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Egey dənizini qeyri-hərbi statuslu silahlandıran Yunanıstanın qanunsuz addımlarını legitimləşdirmək səylərinə yenisi əlavə edilib. Yunan diplomat Alexandros Mallas adaların Türkiyəyə qarşı müdafiə planını bənd-bənd sıralayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasındakı adalar məsələsi yunan mətbuatında davamlı olaraq müzakirə edilən mövzudur.

Adaları beynəlxalq anlaşmaları pozaraq silahlandıran Yunanıstan təxribatçı fəaliyyətlərini legitimləşdirmək üçün daim yollar axtarır.

Yunanıstan “Katimerini” qəzeti fəxri səfir Aleksandros Mallasın qeyri-hərbi statuslu adaların müdafiəsi planı ilə bağlı fikirlərini müzakirə edib.

Saqqız adasında bir konfransa qatıldığını bildirən Mallas düşüncələrinin burada formalaşdığını deyib.

Diplomat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” sözünə əsaslanaraq adaları müdafiə etmək üçün lazım olan meyarları sıralayıb.

Qeyri-mütənasiblik: Qoşunlarının və desant gəmilərinin Türkiyə Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi uçuşlarla mütənasib olmadığını deyən Mallas hücumun ölçüsündən bunun nə vaxt baş verəcəyinin məlum olmadığını vurğulayıb.

Önləmə tədbiri: Rusiya-Ukrayna müharibəsinə diqqət çəkən səfir bildirib: “Ölkəniz işğal olunmayana qədər əhalinizi və həyati əhəmiyyətli obyektlərinizi necə müdafiə edəcəyinizi düşünmürsünüz”.

Yunan diplomata görə, vaxtında görülən önləmə tədbiri çəkindirici vasitə ola bilər.

Müvəqqətilik-Davamlılıq: Mallas Türkiyənin Kipr məsələsindən sonra hərbi gücünü artırdığı üçün “bu ölkənin yaratdığı təhlükələr”in qalıcı olduğunu düşünür.

Afinanın adalarla bağlı planı dünən də yunan mətbuatında işıqlandırılıb.

"Tea Nea" qəzeti hökumətə belə bir sual ünvanlayıb və cavabını da özü verib:

“Adaların silahlandırılmaması nə deməkdir?.

Yunanıstan beynəlxalq hüquqa görə silahsız olması lazım olan adaları silahlandırmasa, türklərə qarşı ilk müdafiə xətti yox olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər