Əgər Rusiya Qərbdən təhlükəsizlik zəmanəti almasa, yeni müharibə bütün Avropa qitəsini əhatə edəcək.
Teleqraf.com xəbər verir ki. bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
“Sülh gündəliyi müzakirə tələb edəcək. İlk növbədə, Ukrayna üçün təminatlar, onun ərazi bütövlüyü, uzunmüddətli təhlükəsizliyi ilə bağlı. Həm də atəşkəs və sülh müqaviləsinin tərəfi kimi Rusiya üçün”. – Fransa prezidenti bildirib.
Makronun sözlərinə görə, Rusiyaya bu cür təminatların verilməsindən imtina bütün qitəni əhatə edəcək böyük müharibəyə təhrik edəcək:
“Vacib məqamlardan biri Rusiyanın NATO-nun qapısına yaxınlaşmasından, onu təhdid edə biləcək silahların yerləşdirilməsindən qorxmasıdır”.