“ABŞ və digər Qərb ölkələri Ukraynanı silahla təmin etməklə Rusiya ilə savaş və ya Üçüncü Dünya Müharibəsinə can atmır”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Mən avropalı müttəfiqlərimiz və dövlət başçıları ilə üzbəüz bir neçə yüz saat vaxt sərf etmişəm ki, niyə Ukraynaya dəstəyi davam etdirmək onların maraqlarına uyğundur. Onlar bunu tam anlayırlar, amma Rusiya ilə müharibə istəmirlər. Onlar üçüncü dünya müharibəsini istəmirlər, məncə, Ukraynanın döyüş meydanında uğur qazanacağına əmin olsanız, bütün bunların qarşısını almaq olar”, - Bayden bildirib.
Onun sözlərinə görə, ABŞ və Qərb dövlətləri Ukraynaya özünü müdafiə edə bilməsi üçün lazım olanı verəcək ki, döyüş meydanında uğur qazansın.
Bayden təsdiqləyib ki, bu ilin fevral ayının sonundan bəri Amerikanın Ukraynaya verdiyi yardımın məbləği 21 milyard dolları keçib.