23 Dekabr 2022 10:01
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyada Sosial Demokrat Partiyasının (SPÖ) parlamentə təqdim etdiyi “Türkiyənin sərhədyanı əməliyyatlarını qınamaq” təklifi hakim Xalq Partiyası (ÖVP) və Yaşıllar Partiyası tərəfindən rədd edilib.

Teleqraf.com xəbər verir ki, SPÖ-dən Katarina Kuxarovits və bəzi deputatların parlamentə təqdim etdiyi təkliflə hökumətdən Türkiyənin Suriya və İraqda PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyatların qınaması tələb olunub.

SPÖ, Avstriya Xalq Partiyası (FPÖ) və Yeni Avstriya Partiyası (NEOS) təklifin qəbul edilməsinə səs versə də, hakim partiyanın səsləri ilə təklif rədd edilib.

Təklif parlamentdə rədd edildikdən sonra terror təşkilatının tərəfdarları hakim Yaşıllar Partiyasının qərargahı qarşısında aksiya keçirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər