23 Dekabr 2022 12:58
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Qərbin Ukraynaya yardımdan imtinasına yönəlmiş bəyanatların sayını artırıb. Bu, əsasən ABŞ-ın “Patriot” müdafiə sisteminin Ukrayna ordusuna təhvil verilməsi ilə əlaqəlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitik təhlilində deyilir.

İnstitutun ekspertlərinə görə, Kreml rəhbəri isterik şəkildə Vaşinqtonu müharibəni uzatmaqda ittiham etməyə başlayıb. Bununla yanaşı, Putin Ukraynaya verilən Amerika raketlərinin effektli olmayacağına inandırmağa çalışır.

Bundan əlavə, ekspertlər Kremlin yalan danışdığını və Qərbin Ukraynaya hərbi yardımını eskalasiya kimi təqdim etməyə çalışdığını deyirlər. Öz növbəsində analitiklər qeyd edirlər ki, “Patriot”lar Ukraynanın mühüm infrastrukturlarını Rusiya raketlərindən qorumaq qabiliyyətini gücləndirməyə kömək edəcək.

“Patriot” Putinin Ukraynanı onun şərtləri ilə danışıqlara məcbur etmək cəhdlərinə də mane olacaq”, - təhlildə vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu