25 Dekabr 2022 23:00
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya kralı III Çarlz Milad bayramı şərəfinə xalqa ilk müraciətini edib.

Teleqraf.com xəbər verir ki, çıxış kraliça II Elizabet və onun əri şahzadə Filippin dəfn olunduğu Vindzor qəsrindəki Müqəddəs Georgi kapellasında qeydə alınıb.

Çarlz III müraciətinin başlanğıcını anasının ölümünə həsr edib, ona dəstək sözləri yazan insanlara minnətdarlığını bildirib.

III Çarlz qeyd edib ki, cəmiyyətin əsasını hər bir insanın başqalarının həyatına işıq salmaq kimi qeyri-adi qabiliyyətinə inam təşkil edir. O, hərbçilərə və tibb işçilərinə, eləcə də xeyriyyə təşkilatlarına, ehtiyacı olanlara pul və ərzaq bağışlayan insanlara ehtiramını ifadə edib.

"Milad, əlbəttə ki, xristian bayramıdır, lakin qaranlığa qalib gəlmək üçün işığın gücü imanın hüdudlarından kənarda qarşılanır. Buna görə də, hansı imandan olursan ol, özünü heç kimlə eyniləşdirməsən belə, bu həyat verəndə işıq və başqalarına xidmətimizin əsl təvazökarlığı ilə gələcəyə ümid tapa biləcəyimizə inanıram", - III Çarlz deyib.

O, hamını bayramdan zövq almağa çağırıb, sülh, xoşbəxtlik və əbədi işıq arzulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər