27 Dekabr 2022 20:57
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin müqavilələrdə qiymət həddi müəyyən edənlərə ölkəsindən neft və neft məhsullarının tədarükünə qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısı müvafiq fərman imzalayıb.

Fərman 2023-cü il iyulun 1-dək qüvvədə olacaq.

Rusiya neftinin və neft məhsullarının tavan qiymət tətbiq edən ölkələrə çatdırılması yalnız Putinin xüsusi qərarı əsasında mümkün olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər