İran Prezidenti İbrahim Rəisi ABŞ və Qərb ölkələrini ölkəsində hökumət əleyhinə kütləvi etirazları qızışdırmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, prezident Qərb dövlətlərinin bu məqsədlə İranda baş verənlərlə bağlı “dezinformasiya” yaydıqlarını söyləyib.
Rəisi hökumət əleyhinə aksiyalarda iştirak edən İran vətəndaşlarını da hədələyib, onlara mərhəmət göstərilməyəcəyini deyib:
“İslam inqilabının düşmənləri yalan yaymaqla öz məqsədlərinə çata bilməyəcək və İran xalqını parçalaya bilməyəcəklər. Gənclər bizim övladlarımızdır, aldananların hamısı vətənin qucağına alınacaq, amma satqınlara rəhm olmayacaq”.
Onun sözlərinə görə, sentyabrın ortalarında İranda baş verən iğtişaşların təşkilində “münafiqlər, monarxistlər və əksinqilabçılar, yəni İslam Respublikasına qarşı çıxanların hamısı” iştirak edib.