29 Dekabr 2022 10:37
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının tərəfdarlarının dünən axşam saatlarında Almaniyanın Dortmund şəhərində keçirdikləri aksiyada türklərə hücum etmələri səbəbi ilə istintaq başladılıb.

Teleqraf.com xəbər verir ki, polisin açıqlamasında 320 PKK tərəfdarının qatıldığı aksiyadan sonra 20-25 nəfərin ətrafdakılarla mübahisə etdiyi, polisin müdaxiləsi ilə hadisələrin böyümədən sakitləşdiyi bildirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərin dövlət təhlükəsizlik xidmətinə məlum olduğunu və istintaqda istifadə edildiyini bildirən Dortmund polisi dincliyin pozulması və fiziki zorakılığa əl atılması ilə bağlı araşdırma başlanılmasını və hadisə şahidlərinin onlara müraciət etmələrini tələb edib.

Sosial şəbəkələrdə bir qrup PKK tərəfdarının dəyənəklərlə bir neçə nəfərə hücum edərək, zorakılığa əl atdıqlarına dair görüntülər yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər