29 Dekabr 2022 18:00
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Antonio Quterreş Yeni il münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

Teleqraf.com Baş katibin müraciətini təqdim edir.

Baş katib vurğulayıb ki, 2023-cü ildə sülhə həmişəkindən daha çox ehtiyac olacaq:

"Münaqişəyə son qoymaq üçün dialoq yolu ilə bir-birimizlə əldə etdiyimiz sülhə. Daha dayanıqlı dünya qurmaq üçün təbiətimiz və iqlimlə qurduğumuz sülhə. Qadın və qızların ləyaqətlə və təhlükəsizlik içində yaşaması üçün evimizdə yaratdığımız sülhə. İnsan hüquqlarının tam qorunması ilə küçələr və icmalarımızda bərqərar olan sülhə. Bir-birimizin inancına hörmət etməklə, ibadət yerlərində qorunan sülhə. Və internetdə nifrət nitqi və sui-istifadənin olmadığı sülhə".


Müəllif: Nemət

Oxşar xəbərlər