“Taliban” terror təşkilatının Pakistanın Pişəvər şəhərində məktəbə hücum edərək 141 nəfəri öldürməsinə dünya liderləri tərəfindən sərt reaksiya verilib.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ilk reaksiya ABŞ prezidenti Barak Obamadan gəlib. O, hücumu "iyrənc və qəddar addım" kimi qiymətləndirib.
Türkiyə baş naziri Əhməd Davudoğlu isə baş verən faciə ilə əlaqədar Türkiyədə bir günlük yas elan ediləcəyini açıqlayıb.
Avropa Parlamenti başçısı Martin Şults isə deyib ki, bu insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir: “Bizi ən çox heyrətə gətirən "Taliban"ın uşaqları öldürərkən heç tərəddüd etməməsidir”.
ABŞ xarici işlər naziri Con Kerri isə günahkarların qısa zaman ərzində cəzalandırılmalı olduğunu qeyd edib.
Xatırladaq ki, "Taliban" qətliamı hökumət tərəfindən öldürülən qadın və uşaqların intiqamını almaq məqsədi ilə törətdiyini deyib.
Samir