“Taliban” terror təşkilatının hücumuna məruz qalmış Pakistanın Paktunya əyalətinin paytaxtı Pişəvər şəhər məktəbində bomba səsi eşidilib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, partlayış 141 nəfərin ölümü, 132 nəfərin yaralanması ilə nəticələnən hücumu araşdırarkən baş verib. Bomba səsi ətrafdakı insanlar arasında çaxnaşmaya səbəb olub.
Hazırda məktəb qarşısında möhkəm təhlükəsizlik tədbirləri görülüb və medianın məktəbə daxil olmasına icazə verilmir.
Rəsmilər partlayışla bağlı açıqlama verməyib.
Samir