18 Dekabr 2014 00:28
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko Polşaya səfəri zamanı Ukraynanın iqtisadi elitası üçün bir qədər gözlənilməz olan açıqlamalar verib. O, bu ölkənin “Gazeta Wyborcza” qəzetinə verdiyi müsahibəsində oliqarxların hakimiyyətinə təsirindən söhbət açıb.

“Əgər kimsə siyasətə qarışmağa, şəxsi sərvətini zənginləşdirmək üçün hakimiyyətdəki mövqeyindən istifadə etməyə çalışacaqsa, biz buna qətiyyətlə reaksiya verəcəyik” - deyə, Poroşenko vurğulayıb. Ukrayna prezidenti bununla faktiki olaraq, oliqarxlara müharibə elan edib.

Poroşenkonun özü də Ukraynanın iri oliqarxlarından hesab olunur. “Forbes” jurnalının qiymətləndirməsinə görə, onun 1,3 milyard dollarlıq sərvəti var. O, prezident seçkilərində qələbə qazanacağı halda əmlakını satacağına söz verdi. Ancaq satış indiyə kimi gerçəkləşdirilməyib.


Müəllif:

Oxşar xəbərlər