“Rusiya gözlədiyimiz kimi davranır”.
Teleqraf.com ntv.ru-ya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland Avropa İttifaqının sammitində çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda yeni sanksiyalar tətbiq etməyə ehtiyac yoxdur: “Biz indi münaqişənin həlli yolunda edə biləcəklərimizi ortaya qoymalıyıq. Bu, Ukrayna, Rusiya və demək olar ki, bütün Avropanın marağındadır”.
İclasda çıxış edən Almaniya kansleri Angela Merkel isə sanksiyaların ciddi səbəblərə görə tətbiq edildiyini deyib: “Sanksiyalar ciddi səbəb olduğunda istifadə edilir. Əgər belə səbəb yoxdursa, qadağalara da ehtiyac olmayacaq. Ukrayna böhranında hansı irəliləyişlərin olmasına baxmalıyıq. Əsas məsələ Ukraynanın ərazi bütövlüyünün qorunmasıdır”.
Sammitdə həmçinin Avropa İttifaqının növbəti iclasının 2015-ci ilin martında keçiriləcəyi və bu zaman əsas məsələ Rusiyaya qarşı sanksiyaların ləğv edilib-edilməyəcəyinin dəqiqləşəcəyi qeyd edilib.
Samir