20 Dekabr 2014 08:52
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Quantanamodakı həbsxananı bağlamaq üçün konqresi yenidən çağırıb, baxmayaraq ki, bu cür hərəkətləri de-fakto qadağan edən qanun imzalayıb. Teleqraf.com "RİA Novosti" agentliyinə istinadən bu barədə xəbər verir.

"Quantanamodakı həbsxananın işləməsi bizim milli təhlükəsizliyimizi sarsıdır. Biz onu bağlamalıyıq. Amerika tarixində bu fəsili bağlamaq üçün mən hər iki partiya üzvlərini (konqresin) bizimlə işləməyə çağırıram", - Obama deyib.

Qanunun bir sıra müddəaları həbsxananı müstəqil bağlamaq üçün prezidenti imkanlardan məhrum edir.

"Quantanamo artıq 13 ildir ki, açıqdır və hər il Amerika xalqına yüzlərlə milyon dollara başa gələrək Amerikanı dünyada nüfuzdan salır", - Obama bəyan edib.


Müəllif:

Oxşar xəbərlər